Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb


Dünya 10 Dek 2019 10:13:37 133 0

Çilidə göyərtəsində 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb

Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və göyərtəsində 38 nəfər daşıyan "Hercules C130" hərbi təyyarəsi Antarktidaya uçarkən radarlardan itib

Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və göyərtəsində 38 nəfər daşıyan "Hercules C130" hərbi təyyarəsi Antarktidaya uçarkən radarlardan itib.

"Report" TASS-a istinadən xəbər verir ki, Çili HHQ mətbuat xidmətinin yaydığı məlumatda təyyarənin dünən gecə Bakı vaxtı ilə saat 00:55-də havaya qalxdığı, 01:13-də isə təyyarə ilə əlaqənin itdiyi bildirilib.

Göyərtəsində 38 nəfərin - 17 ekipaj üzvü və 21 sərnişinin olduğu təyyarə qəzaya uğramış kimi qəbul olunur. Çünki hazırda axtarışlar nəticə verməyib vətəyyarədəki yanacağın qurtarması ehtimal edilir.

Axtarışlara təyyarə və gəmilər cəlb olunub.