Ticarət Mərkəzindəki yanğınla bağlı 3cü dərəcəli çağırış elan olundu


Digərləri 10 Dek 2019 10:07:00 101 0

Ticarət Mərkəzindəki yanğınla bağlı 3cü dərəcəli çağırış elan olundu

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Son.az-a verilən məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.