Ağdamda EV YANDI:


Digərləri 10 Dek 2019 10:09:00 163 0

Ağdamda EV YANDI:

Ağdamda fərdi yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. 

Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Səkinə, 44 yaşlı Məmmədova Aygün və 2002-ci il təvəlludlü Məmmədov Rauf tüstüdən zəhərlənib. 

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zəhərlənən ailə üzvlərini Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. 

Faktla bağlı araşdırma aparılır.