Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı


Digərləri 10 Dek 2019 10:07:00 120 0

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı. Samir Əli - Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".