İrandan Azərbaycana narkotik tərkibli həblərin gətirilməsinin qarşısı alınıb


Sosial 10 Dek 2019 09:46:05 113 0

İrandan Azərbaycana narkotik tərkibli həblərin gətirilməsinin qarşısı alınıb

Astara polisi İrandan qaçaqmal yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarlayıb

Astara polisi İrandan qaçaqmal yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan“Report”un Cənub Mərkəzinə bildirilib ki, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb.

Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. S.Qasımov narkotik vasitəni respublika ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək