Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş


Digərləri 10 Dek 2019 08:42:00 123 0

Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

Ucuz biletlərin axtarışı üzrə turist servisi səyahətçilər arasında sorğu keçirib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar uçuş vaxtı üstünlük verdikləri məşğuliyyətlərini açıqlayıb. Sorğuda 26 min insan iştirak edib. Təyyarə sərnişinlərinin 40%-i həmin vaxt yatmağa üstünlük verdiyini bildirib.

Bir çox səyahətçilər öz komfortlarını təmin etməyə çalışır - özləri ilə boyun üçün yastıq, yatmaq üçün maska götürür, eləcə də uçuş üçün rahat geyim seçirlər. Bəzi sərnişinlər uçuş vaxtı doyunca yatmaq üçün təyyarə reysinə qədər ayıq qalır. Respondentlərin bir qismi yuxu dərmanı qəbul edir.  

Yuxusu gəlməyən 29% sərnişin musiqi dinlədiyini və ya film izlədiyini açıqlayıb.