Şəki sakini Natəvanda dəm qazından boğuldu


Digərləri 10 Dek 2019 08:12:00 125 0

Şəki sakini Natəvanda dəm qazından boğuldu

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından  boğularaq ölüb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün bundan qabaq Gəncəyə işləmək üçün gəlib.