Jaguar XJ sedanı ilə vidalaşır


Digərləri 10 Dek 2019 08:35:00 102 0

Jaguar XJ sedanı ilə vidalaşır

İngilis istehsalçıları XJ Collection Special Edition adlı yeni xüsusi versiyanın meydana çıxması ilə əlaqədar Jaguar XJ sedan xəttinin buraxılışını başa çatdırmaq niyyətindədirlər.

Son.az ted.az-a istinadən bildirir ki, markanın nümayəndələri qeyd etməyə tələsiblər ki, yenilik cəmi 300 nüsxə məhdud tirajla təklif olunacaq. Texnikanın satışı yalnız Amerika bazarında və 85 min dollardan başlayan qiymətlə həyata keçiriləcək. Kapotun altında 477 at gücünə malik 5 litrlik turbinləşdirilmiş mühərrik quraşdırılıb.

Sedanın xüsusi versiyası 4,9 saniyədə 100 km-ə qədər sürət yığa bilir, maksimal sürəti isə saatda 250 km-ə bərabərdir. Kuzada əlavələr, həmçinin Britaniya sedanının limitləşdirilmiş modifikasiyasını xatırladan emblem tətbiq edəcəklər.