Apple 2019cu ilin ən yaxşı tətbiq və oyunlarını təqdim etdi


Digərləri 10 Dek 2019 07:31:00 90 0

Apple 2019cu ilin ən yaxşı tətbiq və oyunlarını təqdim etdi

Dünyanın hər yerindən olan proqramistlərin mədəniyyətə təsir edəcək və həyatlarımızı dəyişəcək yenilikçi tətbiqlər ilə bizi ruhlandırdığını bildirən Apple-ın qlobal marketinq üzrə vitse-prezidenti Phil Schiller, 2019-cu ildə bunu daha güclü hiss etdiklərini də qeyd edib.

2019-cu ilin ən yaxşı tətbiqləri

İlin ən yaxşı İphone tətbiqi Spectre Camera (Lux Optics): Gücünü artırılmış reallıqdan alan  bu tətbiq, sahib olduğu məftun edici texnlojik funksiyalardan faydalanaraq hər kəsin ekspozisiya ilə şəkillər çəkməyinə kömək olur.

Son.az techland.az-a istinadən bildirir ki, ilin ən yaxşı iPad tətbiqi Flow by Moleskine (Moleskine): Qrafit qələmlər, kəsilmiş uclara sahib karandaşlar və bir çox digər variantları olan flomasterlərlə gerçəkliyə çox yaxın rəsm təcrübəsi vermək üçün nəzərdə tutulmuşdur, bu zərif rəqəmsal Notebook app sizin təsvirlərinizə və eskizlərinizə həyat verir.

İlin ən yaxşı Mac tətbiqi Affinity Publisher (Serif Labs): Zərif istifadəçi təcrübəsi və olduqca əlverişli qiyməti ilə Affinity Publisher, hər kəsə zəngin fotoşəkillərlə bəzədilmiş bir kitabdan ikinci sinifdə oxuyan uşağınızın teatr oyunu üçün lazım olan broşuraya kimi bütün materiallar üçün peşəkar səviyyədə dizayn əldə etməyə imkan verir.