“Norman Dördlüyü” liderləri mətbuat konfransı keçiriblər


Dünya 10 Dek 2019 05:42:12 144 0

“Norman Dördlüyü” liderləri mətbuat konfransı keçiriblər

Fransanın paytaxtı Parisdə “Norman Dördlüyü” liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski keçirdikləri görüşün nəticələri barədə mətbuat konfransı keçiriblər.

Fransanın paytaxtı Parisdə “Norman Dördlüyü” liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski keçirdikləri görüşün nəticələri barədə mətbuat konfransı keçiriblər.

"Report"xəbər verir ki, liderlər Yelisey Sarayındakı danışıqlardan sonra Kommünike qəbul ediblər. Sənəddə Minsk razılaşmaları, münaqişə zonasında atəşkəsin əldə edilməsi, tərəflər arasında dialoqun bərpası, saxlanılan şəxslərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi vurğulanıb, “Ştaynmayer formulu” əsasında Ukrayna Konstitusiyasına dəyişikliklərin dəstəkləndiyi göstərilib.

Danışıqların yekununda liderlər XİN başçılarına və siyasi müşavirlərinə əldə olunmuş razılıqların həyata keçirilməsinin təmin olunmasını tapşırıblar. Liderlər qarşıdakı dörd ay ərzində bu formatda daha bir görüşüşn keçirilməsi barədə razılıq əldə ediblər.Görüşü məhsuldar adlandıran Rusiya Prezidenti Vladimir Putin danışıqlarda iştirak edən liderlərə təşəkkür edib. O, qeyd edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsinin alternativi yoxdur.

“Rusiya Ukraynadakı mövcud münaqişənin nizamlanması üçün əlindən gələni edəcək. Vəziyyətin tənzimlənməsində “istiləşmə” baş verib, əldə olunan razılaşmalar prosesin düzgün istiqamətdə getdiyini düşünməyə əsas verir.Sənəddə münaqişə tərəfləri arasında birbaşa dialoqun qurulmasının vacibliyi vurğulanıb və Moskva münaqişənin həlli üçün hər şeyi edəcək”.

Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Kiyevin Parisdə əldə olunan razılaşmaları yerinə yetirməyə hazır olduğunu bəyan edib: “ Lakin bu iki tərəfli yoldur. Sammitdən sonra həll olunmayan çox sayda məsələlər var. Gələcəkdə bunu mütləq etməliyik. Əminəm ki, bunları birlikdə həll edəcəyik”.

Zelenski həmçinin Ukraynanın federallaşmasına heç vaxt razı olmayacağını da vurğulayıb. “Ukrayna unitar dövlətdir. Bu, konstitusiyanın dəyişməz maddəsidir və dövlətin mövcudluğunun toxunulmaz prinsipidir. Bundan əlavə, Donbasda yerli seçkilər yalnız Ukrayna qanunlarına və ATƏT standartlarına uyğun olaraq mümkündür”.

Fransa Prezidenti Emmanuel Makron isə Avropa qitəsinin sabitliyinin Ukraynanın şərqindəki vəziyyətin tənzimlənməsindən asılı olduğunu söyləyib. O, bir sıra məsələlərdə irəliləyiş əldə olduğunu da diqqətə çatıdırıb. “Bunlar atəşkəs, məhbusların mübadiləsi və önümüzdəki aylarda etimadın bərpa edilməsidir”.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək