Lavrov Vaşinqtonda Trampla görüşəcək


Dünya 10 Dek 2019 04:30:00 138 0

Lavrov Vaşinqtonda Trampla görüşəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 10 dekabr tarixində ABŞ-a rəsmi səfər edəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 10 dekabr tarixində ABŞ-a rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, son dəqiqəyə qədər nazirin ABŞ-a səfərinin təfərrüatları açıqlanmayıb. Üstəlik, onun səfərinin dəqiq tarixləri yalnız bir gün əvvəl rəsmi olaraq təsdiqlənib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə danışıqlar aparacaq.

Bundan əlavə, rusiyalı nazir ABŞ prezidenti Donald Trampla da görüşəcək. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər müzakirə olunacaq. GörüşdəABŞ dövlət katibi Maykl Pompeo da iştirak edəcək.