“Norman Dördlüyü” sammitinin liderləri Parisdə kommünike qəbul edib


Dünya 10 Dek 2019 03:13:56 143 0

“Norman Dördlüyü” sammitinin liderləri Parisdə kommünike qəbul edib

​“Norman Dördlüyü” sammitinin liderləriParisdə kommünike qəbul edib

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” sammitində iştirak edən liderlər (Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski) Yelisey Sarayındakı danışıqlardan sonra Kommünike qəbul ediblər.

“Report” xəbər verir ki, kommünikeyə görə, Normandiya formatında danışıqların davam etdirilməsində Minsk razılaşmaları əsas baza olaraq qalacaq.

Kommünikedə həmçinin, münaqişə zonasında atəşkəsin əldə edilməsi, tərəflər arasında dialoqun bərpası, saxlanılan şəxslərin mübadiləsi də göstərilib.