Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər


Dünya 10 Dek 2019 02:17:00 129 0

Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

​Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı Akar və Şoyqu Soçi memorandumu çərçivəsində “Sülh çeşməsi” antiterror əməliyyatının həyata keçirildiyi ərazilərdəkison hadisələri, İdlibdəki vəziyyəti və digər müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər".