Ağır atletimiz Avropa birinciliyində bürünc medal qazanıb


Digərləri 10 Dek 2019 00:23:00 136 0

Ağır atletimiz Avropa birinciliyində bürünc medal qazanıb

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir

Bakı. 7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində iki atletimiz – Rüstəm Qasımov və Ömər Cavadov qüvvəsini sınayıb. Ömər Cavadov toplam 249 kq (119+130) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.