Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar


Digərləri 09 Dek 2019 23:59:00 166 0

Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar

Rusiya Federasiyasının Kirov şəhəri Lenin rayonu məhkəməsi azərbaycanlı fərdi sahibkara tütün və siqaret ticarətini qadağan edib. Səbəb onun mağazasının "Günəş" uşaq bağçasından 20 metr məsafədə yerləşməsidir.

Son.az bildirir ki, icra sənədi müəssisə sahibinə təhvil verilib. Ona həmçinin ölkədən kənara çıxmaq qadağası qoyulub.

Qadağaya baxmayaraq, soydaşımız hələ də tütün vasitələri satmaqda davam edib. Bundan başqa, o, Azərbaycana istirahətə də gəlmək istəyib. Lakin onu aeroportdan təyyarəyə buraxmayıblar.