2018ci ildə dünyada silah satışının həcmi 4,6 faiz artıb


Dünya 09 Dek 2019 23:48:00 153 0

2018ci ildə dünyada silah satışının həcmi 4,6 faiz artıb

2018-ci ildə dünyada silah satışının həcmi 2017-ci illə müqayisədə 4,6 faiz artıb.

Son.az bildirir ki, AZƏRTAC Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) məlumatlarına əsasən xəbər verir ki, 2018-ci ildə dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin silah satışı və hərbi xidmətlərinin həcmi ötən illə müqayisədə 4,6 faiz artaraq 420 milyard dollara çatıb.

Bundan başqa, SIPRI-nin hesabatında qeyd olunur ki, 2002-ci illə müqayisədə silah satışı və hərbi xidmətlərin həcmi 2018-ci ildə 47 faiz artıb. 2002-ci ildən Amerika şirkətləri ilk dəfə olaraq birinci beş şirkət sırasında yer tutublar. Bunlar, Lockheed Martin, Boeing, Northrop Grumman, Raytheon və General Dynamics şirkətləridir. 2018-ci ildə həmin beş Amerika şirkətinin gəliri isə 148 milyard dollar, yaxud 100 şirkətin silah satışının 35 faizi həcmində olub. Ötən il ABŞ müdafiə sənayesində ən başlıca tendensiya silah istehsalı şirkətlərinin fəaliyyətinin birləşdirilməsi olub. SIPRI-nın reytinqinə görə, Amerika şirkətlərinin məcmu silah satışının həcmi 7,2 faiz artaraq 246 milyard dollara çatıb. Beş aparıcı şirkətdən ikisi - Northrop Grumman və General Dynamics hesabat ilində çoxmilyardlıq səhmlər də əldə ediblər.

Digər tərəfdən, Rusiya şirkətlərinin silah satışı həcmi sabit qalıb. 2018-ci ildə Rusiyanın 10 şirkətinin silah satışından əldə etdiyi gəlirin həcmi bir ötən illə müqayisədə cüzi - 0,4 faiz azalaraq 36,2 milyard dollar olub. SIPRI-nin reytinqində rus şirkətlərinin payı 8,6 faizə düşüb.

Hesabata görə, 2018-ci ildə 27 Avropa şirkətinin silah satışı cüzi həcmdə artaraq 102 milyard dollar olub.