Bakıda 49 yaşlı qadını maşın vurub


Sosial 09 Dek 2019 23:31:15 130 0

Bakıda 49 yaşlı qadını maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Həzi Aslanov metrosunun yaxınlığında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Şaxdiyeva Sündüz Şamil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Fatkla bağlı araşdırma aparılır.