Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb
Sosial 09 Dek 2019 23:38:08 162 0
Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb
Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon Xırdapay kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az