Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı


Dünya 09 Dek 2019 23:14:00 158 0

Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı

Gürcüstanda qış mövsümündə ilk dəfə "donuz qripi"nə (H1N1) yoluxma halı qeydə alınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Batumidə bir nəfər virusa yoluxub. Bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili məlumat verib. Onun sözlərinə görə, virusa yoluxan yeniyetmədir.

Bundan başqa, Tbilisidə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib.