Tədqiqatlar iqlim dəyişikliyinin balıqçılığa və turizmə ciddi zərər verəcəyini göstərir


Digərləri 09 Dek 2019 22:46:00 132 0

Tədqiqatlar iqlim dəyişikliyinin balıqçılığa və turizmə ciddi zərər verəcəyini göstərir

Qlobal istiləşmə ilə mübarizə sahəsində təsirli tədbirlər görülmədiyi təqdirdə baş verəcək iqlim dəyişikliyi regional balıqçılığı məhv edəcək və mərcan qayaları ilə bağlı turizm istiqamətlərinə son qoyacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu xəbərdarlıq Madriddə keçirilən iqlim konfransına təqdim edilmiş tədqiqatda yer alıb. "İqlim dəyişikliyinin dəniz iqtisadiyyatına gözlənilən təsiri" adlanan tədqiqat 14 ölkədən olan dayanıqlı dəniz iqtisadiyyatı üzrə yüksəkixtisaslı mütəxəssis qrupu tərəfindən aparılıb. Bu qrup okeanların mühafizəsinə yardım edir, habelə idarəçilik siyasətini və maliyyələşdirməni müəyyənləşdirir. Onun tərkibinə Portuqaliya, Avstraliya, Kanada, Çili, Fici, Qana, İndoneziya, Yamayka, Yaponiya, Keniya, Meksika, Namibiya, Norveç və Palau nümayəndələri daxildirlər.

Tədqiqatın nəticələrinə görə, cari ssenari üzrə baş verəcək iqlim dəyişikliyi mərcan qayalarında turizmdən əldə olunan gəlirin 90 faiz, eyni zamanda, bir sıra Qərbi Afrika ölkələrində balıq ehtiyatlarının 85 faiz azalmasına gətirib çıxaracaq.

Bundan başqa, tədqiqatçılar iqlim şəraitinin dənizdə məşğulluğun üç əsas böyük gəlir mənbəyinə qlobal və lokal təsirini qiymətləndiriblər: mərcan qayalarında turizm, balıqçılıq və dəniz mədəniyyəti. Dünyanın hər yerindən ekspertlər, tədqiqatçıları və analitiklər belə qənaətə gəliblər ki, təxirəsalınmaz tədbirlər görməklə karbon qazının emissiyasının qarşısı qlobal səviyyədə alınmalıdır.