Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi


Digərləri 09 Dek 2019 22:25:00 153 0

Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi

Alimlərin aşkar etdikləri genlər məcmusu əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının müalicəsində mühüm rol oynaya bilər. Bu cür yanaşma xəstəliyi meydana gətirən müstəsna genlərin axtarılmasından daha səmərəlidir.

İntellektual inkişafın pozulması və autizmi tək bir genin vasitəsilə müalicə etmək mümkün deyil. Bu cür xəstəliklər zamanı mexanizmə mindən çox müxtəlif gen cəlb olunur və həmin səbəbdən alimlər yeni tədqiqatda beyinin normal inkişafına mane olan genlər şəbəkəsini tapmağa səy göstəriblər. Komandanın aşkar etdiyi USP9X geni əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının bünövrəsində olan genlər şəbəkəsini tənzimləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat beynəlxalq alimlər qrupu tərəfindən aparılıb, onun nəticələri isə Kvinslend Universitetinin saytında yerləşdirilib. Siçanlar üzərində eksperimentlər göstərib ki, USP9X geni beyin neyronlarının qarılıqlı fəaliyyətinə təsir edən zülallar ailəsini tənzimləyir. Onların müşahidələri onu da aşkar edib ki, həmin genin beyinin normal inkişafı üçün həlledici rol oynadığı məqamda doğumdan sonra ikihəftəlik mühüm dövr mövcuddur.

Kvinslend Universitetinin alimi Maykl Payper bununla bağlı qeyd edib: "Potensial olaraq bu imkanlar pəncərəsi terapevtik müdaxilə üçündür. Bu genlər şəbəkəsində istiqamətlənərək müxtəlif nevroloji pozuntuları olan pasiyentlərin müalicə metodlarını da işləyib hazırlamaq mümkündür".