ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib


Dünya 09 Dek 2019 21:57:00 130 0

ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib

ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.

Bu il ABŞ hökuməti SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci, Gürcüstan isə 63,85%-lə üçüncü yerdədir.