İran hərbi donanması yeni pilotsuz uçuş aparatı ilə təchiz olunub


Dünya 09 Dek 2019 21:21:00 186 0

İran hərbi donanması yeni pilotsuz uçuş aparatı ilə təchiz olunub

İran mütəxəssislərinin hazırladıqları yeni "Simruq" adlı pilotsuz uçan aparat (PUA) Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu münasibətlə keçirilən mərasimdə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadə iştirak edib. O bildirib ki, yerli mütəxəssislər İranın təhlükəsizliyini təmin etmək üçün qərargahı qarşı tərəfin hərbi obyektlərinin uzaq məsafədən çəkilmiş fotoşəkilləri və videogörüntüləri ilə təmin etmək imkanındadır.

Admiral H.Xanzadə bir daha vurğulayıb ki, İrana qarşı hər hansı təxribatın baş verəcəyi təqdirdə düşmən layiqli cəzasını alacaq.