Firuzə İbadova: "İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı"


Şou-biznes 09 Dek 2019 21:24:00 124 0

Firuzə İbadova: "İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı"

Bir neçə il öncə Əməkdar artist Firüzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.

Son.az bildirir ki, tədbirlərin birinə qatılan sənətçi Oxu.az-ın əməkdaşı ilə söhbətində həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:

"Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi".

F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da redaksiyamız vasitəsi ilə ikibaşlı mesaj ünvanlayıb:

"İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı".