ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib


Digərləri 09 Dek 2019 20:52:36 115 0

ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib

ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

Bakı. ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb. Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır. Bu il ABŞ hökuməti SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci, Gürcüstan isə 63,85%-lə üçüncü yerdədir.