Ziya Bünyadov prospektində iki maşın toqquşdu - Ölən var


Digərləri 09 Dek 2019 20:32:00 117 0

Ziya Bünyadov prospektində iki maşın toqquşdu - Ölən var

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 8-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağdaş rayon sakini Şirin Baxşəliyev idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarında dayanmış, Bakı şəhər sakini E.Kərimova məxsus “Mercedes” markalı avtomobilə vurub və hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.