Azərbaycanla Rusiya arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub


İqtisadiyyat 09 Dek 2019 19:47:02 116 0

Azərbaycanla Rusiya arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bu gün ​Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb

Bu günDövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, rusiyalı qonağı səmimi salamlayan Komitə sədri Azərbaycanla Rusiya arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və iki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Son illərdə Prezidentİlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük prosedurlarının daha da sadələşdirildiyini, sərhədkeçmə vaxtının minimuma endirildiyini, şəffaflığın təmin olunduğunu, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, ölkənin tranzit imkanlarının artırılmasında mühüm nailiyyətlərin əldə edildiyini bildirib.

Komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

A.Strukov səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin perspektivlərindən danışıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.