Təhsil Nazirliyi: "Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır"


Digərləri 09 Dek 2019 20:09:00 109 0

Təhsil Nazirliyi: "Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır"

Dövlət ümumi təhsil müəssisələrində işləyən 2600-2700 psixoloqun Təhsil Nazirliyi tərəfindən keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcəyi proqnozlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirakın məcburi olmadığını söyləyib:

"Psixoloqlar diaqnostik qiymətləndirmədə öz arzuları əsasında iştirak edəcəklər. Lakin tövsiyə edilir ki, psixoloqlar diaqnostik qiymətləndirmədə iştirak etsinlər. Çünki bu, onların sonrakı fəaliyyətinə də müsbət təsir edəcək".

Nazirlik rəsmisi əlavə edib ki, psixoloqların doaqnostik qiymətləndirməsi elektron üsulla keçiriləcək. İmtahanda psixoloqlara 90 dəqiqə ərzində 60 test tapşırığı təqdim ediləcək. İmtahanda bir suala verilən düzgün cavab bir balla qiymətləndiriləcək.