“Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib (FOTO)


Digərləri 09 Dek 2019 19:44:30 177 0

“Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib (FOTO)

Düşərgənin ilk günü “Quba Soyqırımı Memorial Kompleksi”nə info-tur təşkil olunub.

Bakı. Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 6-9 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və 300 fəal könüllünün iştirakı ilə Qusar rayonunda təşkil edilən “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib. Fonddan Trend-ə verilən məlumata görə, düşərgənin ilk günü “Quba Soyqırımı Memorial Kompleksi”nə info-tur təşkil olunub. 1918-ci ildə bolşevik-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar barədə info-tur iştirakçılarına ətraflı məlumat verilib. 3 gün davam edən düşərgədə gənc könüllülər üçün müxtəlif təlimlər, panel sessiyaları, intellektual və əyləncəli oyunlar, “rəsmilər ilə qeyri rəsmi görüşlər” təşkil edilib. Könüllülər keçirilən tədbirlərdə həvəslə iştirak edib, şəxsi inkişaf və əyləncə şansından maksimum şəkildə yararlanmağa çalışıblar.