Telman İsmayılovun əmlakları satışa çıxarıldı


Dünya 09 Dek 2019 19:34:00 147 0

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

"Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası açıq hərraca qoyulub. Mülkiyyətin ümumi dəyəri 400 milyon rubldan (11 milyon AZN) çoxdur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi daşınmaz əmlakın satılması qaydasını təsdiqləyib.

Maliyyə meneceri bazar dəyəri təxminən 404 milyon rubl olan əmlakı müəyyən edib. Hərraca dörd lot çıxarılıb.

Birinci lota Moskvadakı Kutuzovski prospektində ümumi sahəsi 300 kvadratmetr olan beş və altı otaqlı mənzillər daxil idi. Lotun ilkin dəyəri 88 milyon rubldan çoxdur.

İkinci lot Moskva vilayətinin Odintsovo rayonunda dəyəri 64 milyon rubldan çox olan iki səviyyəli bir mənzildir.