İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq


Digərləri 09 Dek 2019 19:37:00 139 0

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq

İran və Azərbaycan arasında ticarət dövriyyəsinin cari ildə (21 mart 2019-dan - 21 mart 2020-dək) 100% artacağı proqnoz edilir.

Bunu İran və Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi İrani Trend-ə açıqlamasında deyib.

H.V.İraninin sözlərinə görə, cari ilin 8 ayı ərzində (21 mart -21 noyabr) İranın Azərbaycana məhsul ixracının dəyəri 380 milyon dollara çatıb:

"İranın ixrac etdiyi məhsullar əsasən tikinti materialları, ərzaq maddələri, meyvə və tərəvəz, kauçuk materialları, neft-kimya məhsullarının xammalı olub".

İranlı baş katibin sözlərinə görə, ölkəsi təxminən 400-500 növ məhsulu Azərbaycana ixrac edib.

Vosuqi İrani bildirib ki, İran Azərbaycandan əsasən heyvan yemi, soya sıxılmışı (cımıx) və bəzi ərzaq maddələri, kənd təsərrüfatı məhsulları idxal edib.