Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək


Dünya 09 Dek 2019 19:39:00 137 0

Vaşinqtonda Pompeo və Lavrov arasında görüş keçiriləcək

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, görüşün sabah Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.

Görüşdən sonra M. Pompeo və S. Lavrov birgə mətbuat konfransı keçirəcəklər.

"Vaşinqton Post"un ABŞ administrasiyasına istinadən verdiyi xəbərə görə, M. Pompeo S. Lavrovla iki tərəfli münasibətləri, silah nəzarətinə aid məsələləri, habelə Suriya və Ukraynada vəziyyəti müzakirə edəcəklər.