Azərbaycanda “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyulub (FOTO)


Digərləri 09 Dek 2019 19:35:00 151 0

Azərbaycanda “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyulub (FOTO)

“Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.

Bakı. “Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək. Müvafiq saziş AZAL prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanmışdır. Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak etmişdirlər. Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilmiş, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdirmişdirlər.