"25 ildir villamın təmiri bitmir"


Şou-biznes 09 Dek 2019 19:14:00 150 0

"25 ildir villamın təmiri bitmir"

Xalq artisti Nisə Qasımova "Ulduzlu yayım" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni villasından danışıb. O bildirib ki, 1994-cü ildən evinin təmirinə başlayıb:

"25 ildir təmir işini tamamlaya bilməmişəm. Villam Xızı rayonunun Altıağac kəndindədir. Hərdən gedib-gəlirəm. Malikanəmin divarlarına, daşlarına, pilləkəninə əlimi çəkirəm, gözlərim dolur. Deyirəm ki, bir zərrə də olsun, sizdə haram yoxdur. Evin nə torpağında, nə onun divar kağızında haram var.