Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirməyə başladı


Digərləri 09 Dek 2019 19:10:11 128 0

Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirməyə başladı

Suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Ankaranın nəzarətinə keçmiş Suriya ərazilərində yerləşdiririlir.

Bakı. Türkiyə hökuməti suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Ankaranın nəzarətinə keçmiş Suriya ərazilərində yerləşdirməyə başlayıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sosial məsələlər üzrə nazirlər konfransı zamanı deyib. O bildirib ki, bu günədək Suriyanın təhlükəsiz hesab olunan ərazilərinə 370 min suriyalı könüllü qayıdıb.