Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirildi


Kriminal 09 Dek 2019 18:49:00 152 0

Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirildi

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Son "Yeddi notun ekologiyası" adlı konsert proqramı ilə çıxış etdi.

Son.az xəbər verir ki, konsert proqramı Azərbaycanda MDBMİ Məzunları Asossiasiyası, Rusiyanın BMT üzrə assambleyası, "Atəşgah" SŞ-nin sponsorluğu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi.

Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirən musiqiçi  XX yüzilliyin əfsanəvi musiqiçiləri - Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. O, müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. S.Sonun ifasında başlıca məfhum - ideya, fikirdir. İfaçı üçün düşünmək - yaratmaq deməkdir.

Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.

Yaradıcılığının müxtəlif dövrlərində Rusiyanın tanınmış musiqiçiləri ilə birgə çalışan pianoçu 2000-ci ilin əvvəllərində Madriddə şahzadə Sofiyanın adını daşıyan kamera orkestri ilə birgə çıxışından sonra 2003-cü ildə Montre şəhərində New model classic adlı müəlli proqramı ilə çıxış edir. Bu konsertdə pianoçu ilə birlikdə tanınan ifaçılar Elton Jon və Stinq də eyni səhnəni bölüşür. Hazırda  dünyanın hər bir nöqtəsində konsertləri böyük anşlaqla keçən pianoçu-bəstəkarın Bakı konserti böyük anşlaqla keçdi.

İki saat müddətində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Bethoven, Şopen, Skryabin, Raxmaninov və  öz bəstələrini qeyri-adi interpretasiyalarda təqdim edən ifaçını tamaşaçılar gur və sürəkli alqışlarla qarşıladılar.