Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib


Digərləri 09 Dek 2019 18:15:00 249 0

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib.

Bakı. Samir Əli - Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib. Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk olaraq Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib: "Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin