Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı


Kriminal 09 Dek 2019 18:09:00 250 0

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.