Sumqayıt Dövlət Dram Teatrı yeni ilə belə hazırlaşır


Kriminal 09 Dek 2019 17:59:00 182 0

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə belə hazırlaşır

2019-cu il sona çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs  yeni il ab-havasına köklənibdir.  Bu il doğma Sumqayıtımız  üçün xüsusi ilə əlamətdar oldu.

Şəhərimizin 70 illiyi çərçivəsində biri birindən maraqlı, çeşidli, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşib. Nəhayət, dövlət başçısı cənab İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak edib. Şəhərin sosial-iqtisad, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırılıb. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutub.

Həmçinin əməkdaşlarımızdan bir neçəsi təltif olundu. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.

Sumqayıt Dövlət Dram Teatrı kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir. Dekabr ayında repertuarımız yenə də zəngindir.  Ay ərzində Əli Əmirli "20 ildən sonra", M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah", "Hacı Qara",   Elçin "Qatil" axşam tamaşaları oynanılacaqdır. Cari repertaurda  eyni zamanda uşaq tamaşaları da yer alır. Bunlar  Abdulla Şaiq "Qaraca qız" və ərəb xalq nağılı əsasında səhnələşdirilən  "Əlibaba və 40 quldur" tamaşalarıdır.