İTVdəki verilişin aparıcısı Xalq artistinin qızıdır


Şou-biznes 09 Dek 2019 17:49:00 197 0

İTVdəki verilişin aparıcısı Xalq artistinin qızıdır

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərovanın qızı bir müddətdir İctimai Televiziyada fəaliyyətə başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın qızı Fidan Cəfərova telekanalda "Yeraltı" verilişinin aparıcılığını edir.

Verilişin formatı daha çox anderqraund sənət növü ilə bağlıdır. Bu proqramın bir neçə buraxılışı metroda çəkilib.