İsraildə növbədənkənar parlament seçkisinin tarixi açıqlanıb


Dünya 09 Dek 2019 16:30:47 136 0

İsraildə növbədənkənar parlament seçkisinin tarixi açıqlanıb

İsrailin iki ən böyük partiyası 2020-ci il martın 2-də parlament seçkisinin keçirilməsi barədə razılıq əldə edib.

İsrailin iki ən böyük partiyası 2020-ci il martın 2-də parlament seçkisinin keçirilməsi barədə razılıq əldə edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kaxol-Lavan Partiyasının qərargahından bildirilib.

Dekabrın 11-də parlamentin hökuməti formalaşdırması ilə bağlı 3 həftəlik müddəti başa çatır. Məlumata görə, əgər həmin tarixədək partiyalar arasında kompromis əldə edilməzsə, onda İsraildə yaxın aylarda bir il ərzində 3-cü dəfə parlament seçkisi keçiriləcək.

Xatırladaq ki, Kaxol-Lavan Partiyası ilə indiki hakim Likud Partiyası arasında hökumətin formalaşdırılmasına dair razılıq əldə edilməyib. Hakim partiya da seçkinin martın 2-də keçirilməsini dəstəkləyib.

Qeyd edək ki, sentyabrın 17-də İsrail parlamentinə növbədənkənar seçki keçirilib. Knesset 120 deputadan ibarətdir.