Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib


Siyasət 09 Dek 2019 16:38:00 170 0

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Son.az