Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb
Sosial 09 Dek 2019 16:21:50 129 0
Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb.
Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulan R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin3-cü Polis Bölməsininəməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az