Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb


Digərləri 09 Dek 2019 15:22:00 120 0

Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63.1 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63,1 faiz artıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 24 min 394 Çin vətəndaşı səfər edib. Qeyd edək ki, Azərbaycan Çinin nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.