NovorossiyskBakı qatarı işə düşür


Digərləri 09 Dek 2019 15:14:00 124 0

NovorossiyskBakı qatarı işə düşür

Dekabrın 10-dan başlayaraq Rusiyanın Novorossiysk şəhərindən Bakıya qatar işə düşəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda qatarın Xaçmaz və Sumqayıt stansiyalarında dayanması nəzərdə tutulub.

Qatar Novorossiyskdən dörd gündən bir yola düşəcək. Bakıya reysin müddəti 35 saat 15 dəqiqə təşkil edir.