2019cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər


Şou-biznes 09 Dek 2019 14:59:00 129 0

2019cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər

2019-cu ilin bitməsinə sayılı günlər qalıb. İlboyu şou-biznes sahəsində müxtəlif hadisələr yaşanıb. Yaradıcılığı ilə yanaşı tanınmışlar şəxsi həyatları, qalmaqallarıyla da gündəmə gəliblər.

Son.az axşam.az-a istinadən 2019-cu ildə boşanan məşhurların siyahısını təqdim edir:

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən yay aylarında ayrılıb. Sənətçi qalmaqallı ayrılma məsələsi haqda rəsmi boşanma olduqdan sonra açıqlama yayıb.

Müğənni Yaşar Yusub da bu il boşanma xəbəri ilə gündəmə gəlib. O, bu haqda ətraflı açıqlama verməyib. Yaşarın bir oğul övladı var.

Prodüser Anar Mədətov da həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Prodüser ikinci dəfə Samirə adlı xanımla nikah masasına oturub.

Aktyor Əlixan Rəcəbov model həyat yoldaşı ilə cəmi 4 ay evli qalıb. Bu günlərdə cütlüyün boşanma xəbəri yayılıb.

Müğənni Aynur Dadaşova ərindən illər əvvəl ayrılsa da, bu haqda bir neçə gün əvvəl açıqlama verib. O, ərinin ona başqa qadınla xəyanət etdiyini və buna görə münasibətlərinə son qoyduğunu deyib. Onun iki övladı var.

Müğənni İlqar Xəyal ikinci həyat yoldaşından da boşanıb. O, üçüncü dəfə nikah masasına oturub. İfaçının bu nikahdan övladı da dünyaya gəlib.