Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır (FOTO)


Digərləri 09 Dek 2019 14:57:21 102 0

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır (FOTO)

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır

Bakı. Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır. Teatrın mətbuat xidmətindən Trend-ə hazırlıq işləri barədə məlumat verilib: "2019-cu il sona çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs yeni il ab-havasına köklənibdir. Bu il doğma Sumqayıtımız üçün xüsusi ilə əlamətdar oldu. Şəhərimizin 70 illiyi çərçivəsində biri birindən maraqlı, çeşidli, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşdi. Nəhayət , dövlət başçısı Cənab İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak etdi. Şəhərin sosial-iqtisad, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırıldı. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutdu. Həmçinin əməkdaşlarımızdan bir neçəsi təltif olundu. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.