Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb


Dünya 09 Dek 2019 14:05:01 110 0

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

Yeni Zelandiyanın şimal bölgəsindəki Vhakaari (Uayt - Ağ) adasında baş verən vulkan püskürməsi nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb.

Yeni Zelandiyanın şimal bölgəsindəki Vhakaari (Uayt - Ağ) adasında baş verən vulkan püskürməsi nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Cakinda Ardernpüskürmə vaxtı adada həm ölkə vətəndaşı, həm də əcnəbi 50-dək turistin olduğunu bildirib. Onların30-dan çoxu “Ovation of the Seas” gəzinti gəmisinin sərnişinidir. Polis və hərbçilər tərəfindən 23 nəfəradadan təxliyyə olunub.

Polis komisarının müavini Con Tims brifinq zamanı adadakı şəraitin təhlükəsiz olmaması üzündən xilasetmə xidmətinin hələlik adaya çıxmadıqlarını deyib.

Son dəfə 2016-cı ildə uzunmüddətli püskürmə baş verdiyi Vhakaari adasının seysmik fəallığına baxmayaraq, turistlər tərəfindən həvəslə baş çəkilən yer olduğu da bildirilir.

Dekabrın 3-də GeoNet həmin vulkanın normal səviyyədən yüksək püskürmə fəallığı dövrünə qədəm qoyma ehtimalı barədə xəbərdarlıq edərək "hazırkı fəallıq səviyyəsinin ziyarətçilər üçün birbaşa təhlükə yaratmadığı"nı da qeyd etmişdi.