Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var


Digərləri 09 Dek 2019 13:27:14 118 0

Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var

Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub

Bakı. Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub. Trend-in məlumatına görə, itkin düşənlərin olduğu da deyilir. Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır. Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.