Nazir: "Əmək resursları üçün yeni sahələr yaradılmalıdır"


Digərləri 09 Dek 2019 13:07:00 129 0

Nazir: "Əmək resursları üçün yeni sahələr yaradılmalıdır"

"İnsanları maksimum dərəcədə maarifləndirməliyik ki, onların əmək münasibətləri qanuni olsun. Çünki qeyri-formal əmək münasibətləri olanda onlar əmək və sosial hüquqlarını itirirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panelinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bu il əmək müqavilələrinin sayı 150 mindən artıq artıb. Bunun da 2/3-si özəl sektorun payına düşür. Əməkhaqqı fondu ölkədə 40 % artıb.

S.Babayev əlavə edib ki, texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması nəticəsində bir çox peşələr sıradan çıxıb, gələcək dövrlərdə də başqa peşələr sıradan çıxacaq.